skip to Main Content
Bizə yazın
Saf Qida şirkəti Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumunda Aparıcı Tərəfdaş Oldu!

Saf Qida şirkəti Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumunda aparıcı tərəfdaş oldu!

Azərbaycanda ilk dəfə olaraq 8 iyun tarixində Hilton oteldə Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılığı və Progress Clubun təşkilati dəstəyi ilə “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumu keçirilmişdir. Sağlam qida təmin edən şirkətlər ilə qida könüllülərini bir araya gətirən forumun məqsədi gənclərə sağlam həyat tərzini aşılamaq və zərərli vərdişlərin törətdiyi fəsadlar haqqında ətraflı məlumat verməkdən ibarət olmuşdur. Forumun aparıcı tərəfdaşlarından biri də “Saf Qida” şirkətinin olduğunu da fəxrlə diqqətinizə çatdırmaq istərdik.

Forumda günü-gündən gəncləşən ölümlərdən xilas olmağın mümkünlüyü, bunun üçün zərərli vərdişlərdən çəkinməyin vacibliyi, bu yolda sağlam qidalanma və düzgün həyat tərzinin faydası barədə geniş məlumatlar verilmişdir.

Tədbirdə həmçinin, yeni yaradılmış www.saglamqida.az saytı və eyni zamanda “Sağlam gələcək sağlam qidadan başlayır” adlı kitabın təqdimatı da keçirilmişdir.

Saf Qida olaraq fəaliyyətə başladığımız 2012-cı ildən bəri dövrün və insanların dəyişən tələblərini müşahidə edir, onlara sağlam, qatqısız, təbii məhsullar təqdim edirik.

Forumun sonunda əməkdaşlarımız sağlam həyat tərzinin təbliğinə yönəlmiş fəaliyyətin dəstəklənməsi və inkişaf etdirilməsinə görə “Təşəkkürnamə” və “Fəxri fərmanlarla” təltif olunmuşlar.

Close search
Səbət
Bağla

Cart

Back To Top