skip to Main Content
Bizə yazın
Saf Qida Mağazasının Ikinci Filialı Istifadəyə Verildi!

Saf Qida mağazasının ikinci filialı istifadəyə verildi!

18 noyabr 2018-ci il tarixində Saf Qida mağazasının ikinci filialı istifadəyə verildi. Müasir standartlara cavab verən mağaza Bakı şəhəri, Nəsimi r-nu, Səməd Vurğun 86 küçəsində yerləşir.

Təşkil olunmuş təntənəli açılış mərasimində istehlakçılara yeni mağazada satılan məhsulların digər mağazada olduğu kimi gigiyenik tələblərə ən yüksək səviyyədə cavab verən 1000-dən artıq məhsul çeşidi təqdim edilib. Müştərilərin xüsusilə həssaslıqla yanaşdığı ət və süd məhsulları daim təzə olmaqla yanaşı, gündəlik olaraq həm müəssisənin keyfiyyətə nəzarət mütəxəssislərinin, həm də laboratoriya yoxlamasından keçirilir.

Paytaxt əhalisinin ekoloji təmiz, təbii, orqanik məhsullarla təmin olunması, kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının ödənilməsi məqsədilə var gücümüzlə çalışırıq, gələcək nəslin sağlamlığını bugündən qoruyuruq!

Close search
Səbət
Bağla

Cart

Back To Top