
“Dünya məktəbi”nin şagirdləri mağazamızda!
Bu gün Xəzər Universitetinin nəzdində yaradılmış “Dünya məktəbi”nin balaca qəhrəmanları mağazamızın qonaqları idi.
Görüş məktəblilərin böyük marağına səbəb oldu, sağlam qidalanma üçün zəruri məhsullar və onların gündəlik qida norması barədə məlumat verildikdən sonra şagirdləri maraqlandıran suallar cavablandırıldı.
Sağlam nəslin yetişməsi üçün sağlam qidalanma mütləqdir. Çox sevinirik ki, ölkəmizdə də sağlam qidalanmanı aşılayan təhsil müəssisələri və sağlam qidalanma ilə maarifləndirilən balaca dostlarımız var. Qeyd edək ki, övladlarımızı maarifləndirmək məqsədi ilə onlarla silsilə görüşlər keçirməyə davam edəcəyik.